Qonaq getdikləri evdə qarət olundular

Qonaq getdikləri evdə qarət olundular

Masallıda iki nəfərin pulu, telefonu və geyim əşyaları oğurlanb.

DİN mətbuat xidmətindən Lent.az -a daxil olan xəbərə görə, oktyabrın 25-də Masallı rayonunun Şərəfə kəndinə qonaq gedən M.Şükürovun 150 manat və 500 ABŞ dolları pulu, digər qonaq E.Novruzovun isə 3 ədəd mobil telefonu və geyim əşyaları oğurlanıb. Bu barədə ev sahibi V.Əbilov özü rayon Polis Şöbəsinə müraciət edərək məlumat verib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş A.Həbibov müəyyən edilərək saxlanılıb.

Mənbə: lent.az