Ermənilər türklərə hücum etdilər – Yaralananlar var

Ermənilər türklərə hücum etdilər – Yaralananlar var

Fransanın İzer şəhərində aksiya keçirən ermənilər türklərə hücum ediblər.

Teleqraf.com xəbər verir ki, 300-400 erməni etirazçı A7 magistral yolunu hər iki tərəfdən bağlayıb.

Aksiya səbəbindən səhər saatlarında Lion və Marsel istiqamətində tıxac yaranıb.

Tıxaclara görə, etirazçılar arasında gərginlik artdıqca, ermənilər işə gedən bir qrup Türkiyə vətəndaşına hücum ediblər.

Hücum 4 nəfərin yaralanmasına səbəb olub. Ağır yaralanan şəxs xəstəxanaya aparılıb.
Etirazçılar yolu açdıqdan sonra tıxac aradan qaldırılıb.

 

Mənbə: teleqraf.com