DSX və DİN-dən birgə ƏMƏLİYYAT: Saxlanılanlar var

DSX və DİN-dən birgə ƏMƏLİYYAT: Saxlanılanlar var

Cəlilabadda avtomobildən külli miqdarda narkotik vasitə tapılıb.

DİN mətbuat xidmətindən Lent.az -a verilən məlumata əsasən, Dövlət Sərhəd Xidməti və Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qarğılı kəndi ərazisində kənd sakini C.İbiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobildən 1,1 kiloqram tiryək və 193 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə C.İbiyevin sərnişinləri olan 2 nəfərin də narkotik vasitələrin qanunsuz döriyyəsi ilə məşğul olmaları şübhə doğurduğundan saxlanılıblar.

Mənbə: lent.az