Koronavirus xəstəsi qonşusunun üzünə tüpürdü - OLAY

Koronavirus xəstəsi qonşusunun üzünə tüpürdü - OLAY

Diyarbəkirdə koronavirus testi pozitiv çıxan Adil Ç. uzun müddətdir davalı olduğu qonşusunun üzünə tüpürüb.

Cebhe.info xəbər verir ki, hadisə Diyarbəkirdə Qaynartəpə məhləsində baş verib. Binanın birinci mərtəbəsində yaşayan qonşu Y.U evinə su töküldüyü üçün özündən bir mərtəbə yuxarıda qalan qonşusu ilə problem yaşayıb. Belə ki, Y.U evinə su axıtdığı üçün qonşusuna şikayət edib.

Uzun müddət davam edən mübahisədən sonra axşam saatlarında evə gələn Adil Ç.-ya həyat yoldaşı məsələni danışır.

Bu zaman karantində olmalı olan koronavirus xəstəsi Adil Ç. Mübahisə etdiyi qonşusunun və onun 9 yaşlı qızının üzünə tüpürüb. Hadisə yerinə gələn polis Adil Ç-ya 150 lirə pul cəza tətbiq edib və onu karantin yataqxanasına aparıb.

Adil Ç. polisə verdiyi ifadədə bildirib ki, hadisəni törətməkdə məqsədi olub: “Əgər koronavirusdan ölsəm, onlar da ölsün istədim. Mübahisədən sonra evə gələn səhiyyə işçiləri mənə yenidən koronavirus testi etdi və məlum oldu ki, həqiqətən də, koronavirus xəstəsiyəm”.

Semra Ələkbərli
Cebhe.info

Mənbə: cebhe.info