Bakı buxtası üzərində "uçan boşqab" müəmması - VİDEO

Bakı buxtası üzərində "uçan boşqab" müəmması - VİDEO

Bir neçə gündür ki, gecə saatlarında Bakı buxtası üzərində, Nargin adası istiqamətində naməlum yuvarlaq halə müşahidə olunur. Gecə 1-dən sonra səmada peyda olan halə, sadəcə Bakı buxtası üzərində deyil, Prezident Administrasiyası, Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidmətinə yaxın ərazilərdə də görünür. Yuvarlaq top şəklində olan halədə açıq şəkildə hərəkətlilik hiss olunur.
PrimeTV əməkdaşları bu halənin nədən ibarət olduğunu araşdırmağa çalışsalar da, naməlum obyektlə bağlı heç bir rəsmi cavab əldə edə bilməyiblər. TV əməkdaşları bu barədə xarici ölkələrin mütəxəssislərinə də müraciət ediblər. Təəssüf ki, onlar da bu naməlum obyektin hansısa səma cismi və ya yerdən idarə olunan hər hansı bir qurğu olduğunu ayırd edə bilməyiblər.
Dominant.az PrimeTV-nin bu barədə hazırladığı görüntüləri də təqdim edir:

Mənbə: teref.az