Ruhi Çenet Qarabağda çəkiliş apararkən yaxınlığına mərmi düşdü - VİDEO

Ruhi Çenet Qarabağda çəkiliş apararkən yaxınlığına mərmi düşdü -  VİDEO

Məşhur türkiyəli “youtuber” Ruhi Çenet Qarabağda çəkiliş aparan zaman yaxınlığına top mərmisi düşüb.

Metbuat.az xəbər verir ki,Ruhi Çenet işğaldan azad olunan Talış kəndinə yollanıb.

Əsgər düşərgələrini lentə alan “youtuber” gördüyü mənzərə qarşısında təəccübünü gizlədə bilməyib. Çəkiliş zamanı cəbhə bölgəsində ağır artilleriya səsləri eşidilib.

Erməni varvarları bu dəfə də öz ənənələrinə sadiq qalaraq atəşkəsi pozaraq Azərbaycan ərazisini atəşə tutub.Bir az keçdikdən sonra isə “youtuber”in 100 metr yaxınlığına top mərmisi düşüb.

Ruhi Çenetin cəbhədən hazırlanmış videonun paylaşılmasının üzərindən hələ 24 saat keçməmiş izlənmə sayı təxminən 881 minə çatıb.

 

 

Mənbə: metbuat.az