İllərlə həsrətini çəkdiyi övladına qovuşduqdan 22 gün sonra həyatının fəlakətini yaşadı - FOTO

“5 il əvvəl evləndik. Övladımızın olması üçün Azərbaycandakı bütün xəstəxanaları gəzdik. Həyat yoldaşım, nəhayət, hamilə qaldı. Kəmalə adını verdiyimiz qızımız dünyaya gəldi. 5 ildir bu anı gözləyirdik. Amma o, övladına doymadan getdi, bizi tək qoydu”.

Publika.az xəbər verir ki, bunu ermənilərin Bərdədə törətdiyi terror aktında həlak olan Tükəzban Mirzəliyevanın həyat yoldaşı Elçin İsmayılov deyib.

25 yaşlı Tükəzban Mirzəliyevadan geriyə 22 günlük körpəsi qalıb. Həyat yoldaşı bildirib ki, onun ölüm xəbərini alanda cəbhədə olub: “Həyat yoldaşım və qayınatamın ölüm xəbərini alanda Tərtərdəki cəbhə xəttində idim. Əsgərəm. 27 sentyabrda cəbhəyə getmişəm. 8 oktyabrda qızımın doğumuna görə yenidən evə qayıtdım. Həyat yoldaşımı doğuşdan sonra sadəcə 1 gün görə bildim. Yenidən cəbhəyə qayıtdım. Kəmalə adını verdiyimiz qızımız dünyaya gəldi. 5 il əvvəl evləndik. Övladımızın olması üçün Azərbaycandakı bütün xəstəxanaları gəzdik. Həyat yoldaşım, nəhayət, hamilə qaldı. 5 ildir bu anı gözləyirdik. Amma o, övladına doymadan getdi, bizi tək qoydu”.

Çələbilər kənd sakini olan gənc ana atası Çərkəz Mirzəliyevlə birgə Bərdə şəhərinə həkim müayinəsinə gedərkən hücumun qurbanı olub. Onlar kənd qəbiristanlığında yanaşı dəfn edilib.

Xatırladaq ki, Ermənistanın Azərbaycanın dinc yaşayış məntəqələrinə hücumu nəticəsində 27 sentyabrdan bəri 90 nəfər həlak olub, 392 nəfər yaralanıb. Ölənlərdən 11-i, yaralılardan 8-i azyaşlıdır. 2 min 406 ev, 423 dövlət binası, 92 çoxmənzilli yaşayış məntəqəsi yararsız vəziyyətə düşüb.

Zümrüd

Publika.az

ƏVVƏLKİ XƏBƏR

AMB: Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları yanvar-oktyabrda 2%-dək artıb

SONRAKI XƏBƏR

Erməni hiyləsi: tankı bu yolla “gizlədirlər” - Fərhad Mehdiyev