Türkiyədə terrorçulara daha bir zərbə vuruldu

Türkiyədə terrorçulara daha bir zərbə vuruldu

Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyənin Samsun şəhərində polis xüsusi təyinatlıları İŞİD terrorçu qruplaşmasına qarşı növbəti əməliyyat keçirib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda vurğulanır ki, polis Samsun şəhərində İŞİD üzvü olmaqda şübhəli bilinən 16 nəfəri saxlayıb.

Saxlanılanların İraq və Suriya vətəndaşı olduqları diqqətə çatdırılır.

Faktla bağlı cinayət işinin açıldığı və istintaqın davam etdiyi qeyd olunur.

 

Mənbə: eastnews.org