Fransanın Nitsa şəhərində 3 nəfəri öldürən terrorçunun kimliyi bəlli oldu

Fransanın Nitsa şəhərində 3 nəfəri öldürən terrorçunun kimliyi bəlli oldu

Fransa hüquq-mühafizə orqanlarının əməkdaşları İtaliyanın Qırmızı Xaç kartı vasitəsi ilə Nitsa şəhərindəki kafedralda üç nəfəri öldürən terrorçunun kimliyini müəyyən ediblər.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Euronews telekanalı yayıb.

Mənbə bildirir ki, təcavüzkarın 20 sentyabrda Lampedusa gəldiyi və artıq 9 oktyabrda Fransaya köçdüyü ortaya çıxıb. İtaliya səlahiyyətliləri 21 yaşlı təcavüzkarın Tunisdə anadan olduğunu və ona Apennini tərk etmək üçün əmr verildiyini deyiblər. O, Fransanın ərazisinə qanunsuz şəkildə gəlib.

Dəmiryol stansiyasının CCTV kameraları təcavüzkarı cümə axşamı səhər saat yeddi radələrində qeydə alıb, binadan təxminən 9.15-də çıxaraq 9.30-da stansiyadan bir neçə yüz metr məsafədə yerləşən kilsədə olub.

Qeyd edək ki, qatilin istifadə etdiyi bıçağın uzunluğu 17 santimetr olub.

O, kilsədə çalışan 70 yaşlı kişinin başını kəsib. Daha bir nəfərə və 3 uşaq anası olan 44 yaşlı braziliyalı qadına çoxsaylı bıçaq xəsarətləri yetirib. Kişi yerindəcə ölüb, qadın isə kilsədən çıxaraq yaxınlıqdakı bara girib və orada dünyasını dəyişib.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron dərhal Nitsa şəhərinə uçub və orada bu fikirləri səsləndirib: “Fransada yalnız bir icma var – Fransızlar. Və inancından asılı olmayaraq bütün Fransa vətəndaşlarına demək istəyirəm ki, belə bir təhlükə qarşısında bir olmağımız lazımdır”.

Nitsadakı hücum bu il mart ayında Fransada qaçqın statusu alan 18 yaşlı Abdullah Anzorov tərəfindən başı kəsilən müəllim Samuel Patinin ölümündən iki həftədən sonra baş verib.

Bu, islamçıların Katolik kilsəsi binasında törətdikləri ikinci terror hadisəsidir.

Dörd il əvvəl Saint Stephen kilsəsində bıçaqla silahlanmış iki silahlı qatil beş nəfəri girov götürüb. Onlar kilsənin keşişi, 85 yaşlı Jak Amelin boğazını kəsiblər.

 

Mənbə: konkret.az