Azərbaycanda Araik Arutyunyan, David Babayan, Cəlal Arutyunyan və Armen Babacanyan barəsində cinayət işi başladı

Gəncə şəhərində mülki əhaliyə qarşı törədilmiş cinayət əməllərinə görə Araik Arutyunyan, David Babayan, Cəlal Arutyunyan və Armen Babacanyan Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən beynəlxalq axtarışa verilib.

Baş Prokurorluqdan APA -ya verilən məlumata görə, adı çəkilən şəxslər barəsində Azərbaycanın Cinayət Məcəlləsinin 214-2, 281.1 və 318.1-ci maddələri ilə cinayət işi başlanıb və hər 4 şəxs təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində beynəlxalq axtarış elan edilib.

Lent.az

ƏVVƏLKİ XƏBƏR

Ermənistan XİN başçısının Minsk qrupu həmsədrləri ilə görüşü başlayıb

SONRAKI XƏBƏR

Azərbaycan Avropa Məhkəməsinə müraciət etdi - Elçin Əmirbəyov