Bakıda səfirlik avtomobilindən özbaşınalıq (VİDEO)

Bakıda səfirlik avtomobilindən özbaşınalıq (VİDEO)

Bakıda Bolqarıstan səfirliyinə məxsus avtomobil dəfələrlə qayda pozuntusuna yol verib.

"Report” xəbər verir ki, qısa müddət ərzində bir neçə dəfə təhlükəli manevr edərək, yol-hərəkəti qaydalarını pozan 031 D 001 seriyalı qırmızı dövlət nömrə nişanlı diplomatik korpusa məxsus avtomobil təhlükəli vəziyyətlərə səbəb olub.

Görüntülərdən də aydın olduğu kimi, avtomobil işıqforun qadağanedici qırmızı işığında hərəkət edir, daha sonra isə hərəkətin qadağan olunduğu yola əks istiqamətlə daxil olur.

Qanunsuz hərəkətlərini bununla da bitirməyən sürücü avtomobili elə yolun əks istiqamətində də saxlayaraq düşüb gedir.

Hadisə şahidləri bildirir ki, sürücü manevr edən zaman xüsusi səs siqnalını da qoşub.

Görünən odur ki, bir neçə dəqiqə ərzində dəfələrlə yol-hərəkəti qaydalarını pozan avtomobili idarə edən şəxsin daimi sürücülük tərzi belədir.

 

Mənbə: qaynarinfo.az