Sumqayıtda yol qəzası olub, infrastruktura ciddi ziyan dəyib

Sumqayıtda yol qəzası olub, infrastruktura ciddi ziyan dəyib

Sumqayıtda yol qəzası olub, infrastruktura ciddi ziyan dəyib.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb.

Belə ki, "VAZ-21015" markalı avtomobilin sürücüsü idarəetməni itirərək əvvəlcə elektrik dirəyini, daha sonra yol nişanını aşırıb.

Daha sonra avtomobil əks yolla hərəkət edən "Hyundai Elantra" və yolun kənarında dayanan "Nissan X-trail" markalı nəqliyyat vasitələrinə çırpılıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Mənbə: report.az