Miqrant qayığı qəzaya uğradı: 140 nəfər ölüb

Miqrant qayığı qəzaya uğradı: 140  nəfər ölüb

İspaniyaya üz tutan miqrant qayığı qəzaya uğrayıb.

Cebhe.info-nun xarici mətbuata istinadən xəbərinə görə, qayıq Seneqalın sahil qəsəbəsi olan Mbourdan çıxdıqdan bir neçə saat sonra alışıb.

Yaxınlıqda olan Seneqallı dənizçilər və balıqçılar qayıqda olan 200-dən artıq miqrantın 59-unu xilas edib. 140 nəfər isə həyatını itirib.

Beynəlxalq Miqrasiya Təşkilatı hadisənin 2020-ci ildə qeydə alınan ən böyük qayıq qəzası olduğunu açıqlayıb.

Seneqal hökuməti və Beynəlxalq Miqrasiya Təşkilatı sağ qalanları lazımi təcili yardım və digər ehtiyaclarla təmin etməyi öz üzərinə götürüb.

Xatirə
Cebhe.info

Mənbə: cebhe.info