ABŞ-da COVID-19 peyvəndlərinin qiyməti son bir neçə ayda kəskin artıb.
Redaktor.az "unian"a istinadla xəbər verir ki, Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) Pfizer və Moderna peyvəndlərinin iki dozası üçün 80 dollardan çox pul ödəyir.
Eyni zamanda, 2020-ci ilin yayında CDC Pfizer peyvəndininin bir dozasını 19,50 dollara, Moderna peyvəndininin bir dozasını isə 15,25 dollara alıb. Daha sonra isə CDC Moderna peyvəndinin bir dozasını 26,36 dollara və Pfizer peyvəndinin bir dozasını 30,48 dollara alıb.
Yusif EYVAZLI
Mənbə: redaktor.az