Türkiyədə 70 nəfər dağıntılar altından sağ çıxarılıb

Türkiyədə 70 nəfər dağıntılar altından sağ çıxarılıb

Türkiyədə güclü zəlzələ nəticəsində baş vermiş dağıntılar altından 70 nəfər sağ çıxarılıb.

Cebhe.info-nun məlumatına görə, zəlzələnin episentrində - Seferihisarda daha bir neçə nəfərin dağıntılar altında qaldığı ehtimal olunur.

Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, bu gün Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunda 6,6 bal gücündə zəlzələ olub.

Son olaraq zəlzələ nəticəsində 12 nəfərin öldüyü, 419 nəfərin yaralandığı açıqlanıb.

Əhməd
Cebhe.info

 

Mənbə: cebhe.info