Atası Ağdamda şəhid olmuşdu, özü Bərdədə öldürüldü

Atası Ağdamda şəhid olmuşdu, özü Bərdədə öldürüldü

Xəbər verdiyimiz kimi, oktyabrın 28-də Ermənistanın Bərdə şəhərini raket atəşinə tutması nəticəsində 21 nəfər həlak olub, 70-dən çox insan yaralanıb. Həlak olanlardan biri də 30 yaşlı Bərdə sakini İsmayıllı Vasif Vaqif oğludur.

Buta.ws qafqazinfo-ya istinadən xəbər verir ki, əslən Ağdam rayonundan olan və torpaqlarımızın işğalı nəticəsində evlərindən didərgin düşən ailə Bərdə rayonunda məskunlaşıbmış. V. İsmayıllının atası Vaqif İsmayıllı da 1992-ci ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub.

V. İsmayıllının dayısı İbrahim Qurbanov Ordumuza güvəndiyini, işğal olunmuş Ağdam torpağına geri dönəcəkləri günü gözlədiyini deyib: "Arzu edirəm heç bir şəhidin, o cümlədən də mənim bacım oğlunun, onun atasının qanı yerdə qalmasın. Allah bütün döyüşçülərimizə cansağlığı versin. Sağ olsun Prezidentimiz, sağ olsun Ordumuz ki, bizim arxamızdadır. Biz ancaq qələbə istəyirik!"

Mənbə: buta.ws