Moldovada keçiriləcək prezident seçkilərinin təhlükəsizliyini 6 mindən çox polis qoruyacaq

Moldovada keçiriləcək prezident seçkilərinin təhlükəsizliyini 6 mindən çox polis qoruyacaq

Moldovada noyabrın 1-də keçiriləcək prezident seçkilərində təhlükəsizliyi 6 mindən çox polis qoruyacaq.

XeberOxu.Az yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Moldova Baş Polis Müfəttişliyinin rəisi Serdjiu Payu məlumat verib.

Səsvermə günü polis daxil olan şikayətləri operativ araşdıracaq. Eyni zamanda, pandemiya şərtlərinə uyğun olaraq ictimai nəqliyyatda sərnişinlərin sıxlığına nəzarət edəcək, koronavirusla bağlı tətbiq edilən karantin qaydalarının pozulmaması üçün müvafiq qabaqlayıcı tədbirlər görəcək.

Onun sözlərinə görə, seçki təbliğatı dövründə polis 80-dən artıq qanun pozuntusu qeydə alıb.

Qeyd edək ki, Moldovada keçiriləcək prezident seçkisinin təbliğat-təşviqat dövründə 8 namizəd mübarizə aparıb.

 

Mənbə: www.xeberoxu.az