Türkiyədə COVID-19-dan 78 nəfər ölüb

Türkiyədə COVID-19-dan 78 nəfər ölüb

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 78 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca son koronavirus statistikasını açıqlayarkən bildirib.

Nazir qeyd edib ki, son 24 saatda 136 525 şübhəli koronavirus testindən keçib, onlardan 2322-nin cavabı pozitiv çıxıb, 1703 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 1966 nəfər olub.

Türkiyədə ümumilikdə 373 154 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 10 177 nəfər ölüb.

 

Mənbə: apa.az