Fransada Nitsa terrorunda şübhəli bilinən ikinci şəxs saxlanıldı

Fransada Nitsa terrorunda şübhəli bilinən ikinci şəxs saxlanıldı

Fransa hüquq-mühafizə orqanları 29 oktyabr Nitsa terrorundan sonra açılan cinayət işində ikinci şəxsi saxlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Figaro nəşri istintaqa yaxın mənbəyə istinadən yayıb.

Qəzetin yazdığına görə, o, reyd zamanı yerli vaxtla saat 19.00 radələrində Nitsada tutularaq nəzarətə alınıb. Söhbət hücumdan bir gün əvvəl insanlara bıçaqla hücum edən cinayətkarla ünsiyyətdə şübhəli bilinən 35 yaşlı yerli sakindən gedir.

Hələ də ona qarşı heç bir ittiham irəli sürülməyib və istintaq onun qatil ilə mümkün əlaqələrini müəyyənləşdirir. Əvvəllər, 29 oktyabrda polis eyni işdə 47 yaşlı kişini saxlayıb. O, cinayətkarla əlaqədə olduğundan şübhəli bilinir.

Qeyd edək ki, Nitsadakı terror hücumu 29 oktyabr səhəri Notr-Dam kafedralında baş verib. Bıçaqla naməlum bir şəxs insanlara hücum edib, ikisinin başını yerindəcə kəsib. Cinayətkarın üçüncü qurbanı olan braziliyalı qadın isə küçədə aldığı xəsarətlərdən ölüb.

Təcavüzkar həbs olunarkən polis tərəfindən yaralanıb, xəstəxanaya yerləşdirilib. Ona qandal vurarkən, “Allahu Əkbər” sözlərini təkrarlayıb. Fransanın antiterror prokurorluğunun rəhbəri Jean-Fransua Ricardın daha sonra dediyi kimi, günahkar 21 yaşlı Tunis vətəndaşı olub.

Ondan İtaliyanın Qırmızı Xaçının sənədləri tapılıb. Qatil oktyabrın əvvəllərində İtaliyadan Fransaya gəlib. Bundan əvvəl Tunisin Lampedusa adasından İtaliyaya üzüb.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az