Yaşlı qadın dağıntılar altından yürüyərək çıxdı

Yaşlı qadın dağıntılar altından yürüyərək çıxdı

İzmirin Seferihisar rayonu yaxınlığında baş verən 6.6 bal gücündə zəlzələdə dağıntılar altından sağ insanların xilas olmaları sevinc doğurur.
“Sondakika” xəbər verir ki, səhər saatlarında zəlzələdən 17 saat sonra dağıntılar altında yaşlı bir qadın çıxarılıb. Xilas olunduğu yerdən yürüyərək çıxan qadın alqışlarla qarşılanıb. Hülya Özmetin xilas olma anı kameralara həkk olub.
Bundan başqa zəlzələdən 17 saat sonra 16 yaşlı qız da dağıntılar altından xilas olunub.

Mənbə: azerinfo.az