Çində kişi bıçaqla xəstəxanaya girərək insanlara hücum edib

Çində kişi bıçaqla xəstəxanaya girərək insanlara hücum edib

Çinin Quançjou şəhərindəki xəstəxanalardan birində bıçaqlı şəxsin hücumu nəticəsində iki nəfər yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 10:00 radələrində baş verib.

Heyluntszyan əyalətindən olan 35 yaşlı kişi hələlik bilinməyən səbəblərdən bıçaqla xəstəxanaya soxulub və insanlara hücum edib. Onun daha əvvəl bu xəstəxanada müalicə aldığı bildirilir.

Hücumdan sonra kişi intihar edib, onun bu addımının motivləri bəlli deyil.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində işləyir, araşdırma aparılır.

 

Mənbə: pia.az