Avtomobildən 3 metr uzunluğunda piton ilan çıxdı - VİDEO

Avtomobildən 3 metr uzunluğunda piton ilan çıxdı - VİDEO

Maraqlı hadisə ABŞ-ın Florida ştatında yaşanıb.

Belə ki, avtomobilinin texniki problemi olduğu üçün servisə yaxınlaşan şəxs gördüklərinə inana bilməyib. Avtomobilin sahibi kapotu açan zaman 3 metr uzunluğunda piton ilanla qarşılaşıb.

Gördüklərindən şoka düşən sürücü ilanı götürmək üçün “Floridanın Vəhşi Təbiəti” quruma zəng edib.

Hadisə yerinə gələn əməkdaşlar nəhəng pitonu avtomobildən çıxarıblar.

Moderator.az həmin video-görüntünü oxuculara təqdim edir:

 

 

Mənbə: moderator.az