İzmirdə zəlzələ nəticəsində həlak olanların sayı artır

İzmirdə baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı 28 nəfərə çatıb.

Xezerxeber.az xəbər verir ki, son məlumata görə, xəstəxanaya yerləşdirilmiş 243 yaralının müalicəsi davam etdirilir. Dağılmış 9 çoxmənzilli binada axtarış-xilasetmə işləri yekunlaşıb. Daha 8 binada xilasetmə əməliyyatları davam edir. Zaman-zaman dağıntılar altından insanların sağ olaraq çıxarıldığı barədə xəbərlər gəlir.

Anadolu agentliyinin yaydığı xəbərə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsində vəziyyətlə tanış olmaq üçün İzmirə gedəcək.

Xezerxeber.az

ƏVVƏLKİ XƏBƏR

Arxayınlıq bəla gətirir

SONRAKI XƏBƏR

"Zirə" yenə qələbə qazana bilmədi