Gəncədə mənzildə meyit tapılıb

Gəncədə mənzildə meyit tapılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1947-ci il təvəllüdlü Aslanov Saləddin Ələddin oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Mənbə: apa.az