Lökbatanda yolu keçən qadını maşın vurub öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, oktyabrın 30-da saat 20 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini H.Mirzəyev idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən 45-50 yaşlı qadını vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Koronavirus xəstələri ətraf üçün nə vaxta qədər təhlükəlidir? - İmmunoloq AÇIQLADI

SONRAKI XƏBƏR

Aygün Kazımova məşhur xalq mahnımızla bağlı BİLİNMƏYƏNLƏRDƏN DANIŞDI