Zəlzələdə ölənlərin sayı 35 nəfərə çatıb

Zəlzələdə ölənlərin sayı 35 nəfərə çatıb

İzmirdə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı artıb.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, indiyə olan məlumata görə, zəlzələdə həlak olanların sayı 35-ə, yaralıların sayı isə 885 nəfərə yüksəlib.

Təbii fəlakətdən ən çox zərər görən İzmirin Seferihisar və Bayraklı bölgələrində yeraltı təkanların davam etdiyi bildirilir.

Zəlzələ zamanı dağılmış 17 binadan 9-da axtarış və xilasetmə işlərinini tamamlandığı, qalan 8 binada da isə axtarışın davam etdirildiyi qeyd edilir.

Verilən məlumatlarına görə, prezident Ərdoğanın zəlzələ bölgəsi nə gələcəyi gözlənilir.

Mənbə: www.bizimyol.info