İzmirdə zəlzələdə həlak olanların sayı 35-ə çatdı

İzmirdə zəlzələdə həlak olanların sayı 35-ə çatdı

İzmirdə baş verən zəlzələ nəticəsində həlak olanların sayı 35-ə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib. O bildirib ki, 243 nəfərin müalicəsi davam etdirilir, reanimasiyaya yerləşdirilənlərdən 8-nin isə vəziyyəti ağırdır.

Nazir qeyd edib ki, 642 nəfərin müalicəsi tamamlanıb.

Qeyd edək ki, hələ də 8 binanın dağıntıları üzərində axtarış-xilasetmə işləri davam etdirir.

Mənbə: qafqazinfo.az