Britaniyada koronavirusa yoluxanların sayı 1 milyonu keçib

 

Böyük Britaniyada koronavirusa yoluxanların ümumi sayı bir milyon nəfəri keçib.

APA-nın Britaniya bürosunun verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Məlumata görə, Britaniyada son sutka ərzində 21 915 nəfər koronavirusa yoluxub. Bununla da hazırda ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 011 660 nəfərə çatıb.

Son sutkada 326 nəfər isə koronavirusa görə həyatını itirib ki, ümumilikdə koronavirusa görə ölənlərin sayı 46 555 nəfər olub.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

İsveçdə azərbaycanlılarla türklərin birgə aksiyası - VİDEO

SONRAKI XƏBƏR

“Ermənilər Qarabağdan qayıtdıqdan sonra Gürcüstana qarşı çıxış edəcəklər”