Bakıda onmərtəbəli yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonunda onmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 65 m² olan 2 otaqlı mənzilin mətbəxində 2 m² sahədə mebel yanıb. Mənzil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mənbə: bizim.media