Pakistandakı terror aktlarında ölənlərin sayı artdı

Pakistandakı terror aktlarında ölənlərin sayı artdı

 

Pakistanın Bəlucistan və Haybər əyalətlərində həyata keçirilən terror aktlarında həyatını itirənlərin sayı 65-ə yüksəlib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Geo News” televiziyası məlumat yayıb.

Qeyd edək ki, sentyabrın 29-da Bəlucistan əyalətinin Mastunq bölgəsindəki məscidin yaxınlığında Mövlud Kandili üçün toplaşan vətəndaşların cəmləşdiyi ərazidə terror aktı, Hayber Paxtunxvan əyalətinə bağlı Hanqu bölgəsindəki məsciddə isə intiharçı hücum həyata keçirilib.

Mənbə: qafqazinfo.az