Meksikada kilsənin damının uçması nəticəsində 7 nəfərin öldüyü, 30 nəfərin dağıntılar altında qaldığı açıqlanıb.
Publika.az yerli mətbuata istinadən xəbər verir ki, Siudad Maderoda Santa-Kruz kilsəsinin damının uçması nəticəsində 10 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilib. Polisin məlumatına görə, çökmə zamanı kilsə binasında 100-ə yaxın adam olub.
Dağıntılar altında qalanlar arasında çoxlu uşağın olduğu təxmin edilir və xilasetmə işləri davam edir. Sosial şəbəkələrdə yayılan görüntülərdə kilsə binasının xarabalığa çevrildiyi, insanların dağıntılar ətrafına toplaşdığı, çarəsizcə axtarışda olduqları görünür. Sağ qalanları axtaranlara kömək etmək üçün sosial mediada tibbi və xilasetmə ləvazimatları çağırışları edilib.
Nəzrin
Mənbə: publika.az