Arvadını qətlə yetirən şəxsə hökm oxunub

Arvadını qətlə yetirən şəxsə hökm oxunub

Həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Aydın Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Aydın Məmmədov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin fevralında paytaxtın Xəzər rayonunda qeydə alınıb.

Belə ki, ittiham aktına görə Binə qəsəbəsində 1967-ci il təvəllüdlü A.Məmmədov həyat yoldaşı 1968-ci il təvəllüdlü Pakizə Məmmədovanı yaşadığı ünvanda münaqişə zəminində kəsici alətlə öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşları tərəfindən A.Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Mənbə: apa.az