Cəlilabadda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə köhnə Ələt-Astara magistralında, Cəlilabad rayonunun Alar kəndi ərazisində qeydə alınıb. Alar kənd sakininin idarə etdi "VAZ-2107" markalı nəqliyyat vasitəsi, Cəlilabad rayonunun Günəşli kənd sakininin idarə etdiyi "Hyundai" markalı avtomobillə toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsində 2 nəfər olmaqla, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: apa.az