Avstriyada Hitlerin evi polis bölməsinə verilir

Avstriyada Hitlerin evi polis bölməsinə verilir

Avstriya hakimiyyəti Adolf Hitlerin doğulduğu evi polis bölməsinə çevirmək üçün 20 milyon avro xərcləyəcək.

"Report" xəbər verir ki, bu barədə ORF telekanalı məlumat yayıb.

Braunau şəhərindəki binanın 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılır. Tikinti işləri artıq başlayıb.

Qeyd edək ki, ev 2011-ci ildən boşdur, 2016-cı ildə dövlətə verilib.

Mənbə: report.az