Tacikistanda güclü ZƏLZƏLƏ OLUB

Tacikistanda güclü ZƏLZƏLƏ OLUB

Tacikistanda 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 2,8 min nəfər əhalisi olan Karakenc şəhərindən 44 km. cənub-şərqdə, mənbəyi isə 15 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilmir.

Mənbə: bizim.media