Dağıstanda Qızılyurd şəhərinin meri Maqomed Maqomedov saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə TASS şəhər meriyasına istinadla məlumat yayıb.
“Qızılyurdun başçısı Maqomed Maqomedov saxlanılıb. Hazırda şəhər administrasiyasında istintaq hərəkətləri aparılır”, - məlumatda qeyd olunub.
Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Mənbə: axar.az