Ötən sutka ABŞ-da 200 mindən çox insan koronavirusa yoluxub

Ötən sutka ABŞ-da 200 mindən çox insan koronavirusa yoluxub

Noyabrın 20-də ABŞ-da koronavirusa rekord sayda – 201 min 83 yoluxma faktı qeydə alınıb, 1951 nəfər isə COVID-19 infeksiyası səbəbindən həyatını itirib.

AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, bundan öncəki rekord 192 min 633 nəfərin yoluxduğu noyabrın 19-da qeydə alınmışdı.

İndiyədək Birləşmiş Ştatlarda 12 milyon 274 min 726 nəfər koronavirusa yoluxub, 260 min 283 nəfər vəfat edib, 7 milyon 316 min 323 nəfər isə sağalıb. Müalicəsi davam edən 4 milyon 698 min xəstədən 22 min 789-nun vəziyyəti ağır qiymətləndirilir.

Texas ştatında COVID-19 infeksiyasına yoluxanların sayı 1 milyon 161 mindən çoxdur. Kaliforniyada 1 milyon 94 min, Floridada 923 min, İllinoysda 634 min, Nyu-Yorkda 623 min yoluxma halı qeydə alınıb.

Birləşmiş Ştatlar həm COVID-19 infeksiyasına yoluxma, həm də ölüm hallarının sayına görə dünyada ilk yerdə qərarlaşıb.

Xatırladaq ki, mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni növ koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.

 

 

Mənbə: moderator.az