Braziliyada qaradərilinin öldürülməsi nəticəsində etirazlar başlayıb - VİDEO

Braziliyada qaradərilinin öldürülməsi nəticəsində etirazlar başlayıb - VİDEO

Braziliyanın San-Paulo şəhərində yerləşən Fransa şəbəkəsinə aid “Carrefour” ticarət mərkəzində 40 yaşlı qaradərili alıcı mühafizəçilər tərəfindən döyülərək öldürülüb.

APA yerli “Diario de Pernambuco” nəşrinə istinadən xəbər verir ki, qaradərilinin öldürülməsindən sonra “Black Lives Matter” hərəkatının üzvləri ticarət mərkəzində hücum ediblər.

Sosial şəbəkələrdə yayımlanan videolarda etirazçılar tərəfindən dükanların talan edilərək yandırıldığı əksini tapıb.

Hadisənin əks-sədası Kuritibe və Porto Aleqre şəhərlərində yaşanıb. Burada "Vidas pretas importam" hərəkatının üzvləri analoji addım atıb.

 

Mənbə: apa.az