Bakıda azyaşlı qıza təcavüz edilib.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.
Bildirilir ki, hadisə Xətai rayonunda yerləşən 63 saylı orta məktəbin yaxınlığında baş verib. Yaşlı kişi 10 yaşlı qıza təcavüz edib.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev Bakupost.az –a hadisədən məlumatlı olduqlarını bildirib.
Onun sözlərinə görə, hazırda hadisə ilə bağlı müvafiq polis orqanında araşdırma aparılır.
Əlavə məlumat veriləcək.
Mənbə: www.bakupost.az