Ukrayna ordusu son sutkada Rusiyanın bir "İsgəndər-K” raketini və İran istehsalı olan 29 "Shahed” pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Bildirilib ki, oktyabrın 2-dən 3-ə keçən gecə Rusiya 31 "Shahed”lə Ukrayna ərazisinə hücum edib. Onlardan 29-u sıradan çıxarılıb.
Bundan başqa, raket qəlpələrinin Dnepr şəhərində xüsusi müəssisəyə düşməsi nəticəsində yanğın olub. Pavloqradda isə bir sıra istehsal müəssisələrinin binaları dağılıb.
Mənbə: azxeber.com