Bruklində şənlikdə atışma olub

Bruklində şənlikdə atışma olub

ABŞ-ın Nyu York şəhərinin Bruklin rayonunda keçirilən şənlikdə atışma baş verib.

Sonxeber.az CNN-ə istinadən xəbər verir ki, atışma nəticəsində altı yeniyetmə yaralanıb, bir nəfər isə ölüb.

Polisin məlumatına görə, insident yeniyetmələrdən birinin 16 yaşının tamam olması münasibəti ilə gecə keçirilən şənlikdə baş verib.

Nyu York polis şefinin köməkçisi Cudit Harrisonun sözlərinə görə, 14-20 yaş arası olan zərərçəkmişlərin hamısı xəstəxanalara çatdırılıb. Xəstəxanaya çatdırılarkən hələ yaralı olan 20 yaşlı qız sonradan vəfat edib.

Mənbə: sonxeber.az