Quba şəhərinə ilk qar yağıb - VİDEO

Quba şəhərinə ilk qar yağıb - VİDEO

Ötən gün axşam saatlarında Qubaya yağan yağış səhər saatlarında qarla əvəzlənib. Eyni zamanda bu Quba şəhərinə yağan ilk qardır.

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən verilən məlumata görə, ən çox qar 2 sm olmaqla rayonun Qırız-Dəhnə kəndinə yağıb. Quba şəhərinə yağıntı az düşsə də, ilk dəfə yağan qar sakinlərin böyük sevincinə səbəb olub.

Rayonun dağlıq ərazilərində şaxtalı hava şəraiti müşahidə edilir. Ən aşağı temperatur Qubanın Qırız və Xınalıq kəndlərində qeydə alınıb. Bu kəndlərdə temperatur mənfi 7 dərəcədir.

Yağan qar nəticəsində yollarda – xüsusən də Qubanın ucqar dağ kəndlərinə gedən yollarda hər hansı bir problem yaşanmır. Amma bununla belə sürücülərdən ehtiyatlı olmaq xahiş olnur. Çünki gecə saatlarında havanın temperaturu mənfiyə enəcək, bu isə yolların buz bağlamasına səbəb olacaq.

Quba 5 saylı Yol İstismarı Məhdud Məsuliyyətli Cəmiyətindən Reala bildirilib ki, axşam saatlarında yolların buz bağlaması nəzərə alınaraq lazımi tədbirlər görülüb. Belə ki, dağlıq ərazidə yerləşən yollara qum-duz qarışığı səpilib, həmçinin növbətçi texnika və canlı qüvvə 24 saat fəaliyyətini davam etdirir.

 

Mənbə: www.realtv.az