Rusiyada toya gələn qonaq bəyi öldürdü

Rusiyada toya gələn qonaq bəyi öldürdü

Rusiyanın Novosibirsk vilayətinin Koçenyov rayonunda toya gələn şəxs bəyi bıçaqlayıb. O, aldığı xəsarətlər nəticəsində vəfat edib.

Region üzrə Ümumi Yurisdiksiya Məhkəməsinin Mətbuat Xidmətinin verdiyi məlumata görə, qatil zərərçəkənə qərəzli şəxsi münasibətlər zəminində hücum edib və ona ən azı üç zərbə endirib.

Təqsirləndirilən şəxs noyabr ayının sonunadək həbs edilib.

Mənbə: oxu.az