Bakının mərkəzində gündüzlər işıqları niyə yandırıblar? – RƏSMİ AÇIQLAMA

Bakının mərkəzində gündüzlər işıqları niyə yandırıblar? – RƏSMİ AÇIQLAMA

Bakıda gündüz vaxtı yollarda işıqları yandırırlar.

Bu barədə paytaxt sakinləri BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər.

Bildirilir ki, Nəsimi rayonu ərazisində, “Qış parkı” adlanan ərazidə gündüz vaxtı olmasına baxmayaraq işıq dirəklərində lampalar yanır.

“Çox yerdə axşamlar yollarda işıqlar yanmır. Lakin bəzi yerlərdə gündüz də işıqları söndürmək yaddarından çıxır”, - deyə şikayətçilər bildiriblər.

Məsələ ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətilə əlaqə saxladıq.

Qurumdan BAKU.WS-ə verilən məlumata görə, Bakıda qış mövsümünə keçidlə bağlı yenilənmə və təmir işləri aparılır.

“Təmir işlərilə bağlı işıq dirəkləri də sazlanır. Buna görə də, bəzi yerlərdə işıqları yandırıb, yaranmış problemləri aşkarlayırlar. Ümumiyyətlə yollarda işıqların yandırılma və söndürülmə vaxtları avtomatik tənzimlənir”, - deyə qurumdan bildirilib.

Qeyd edək ki, qurumdan danışandan bir neçə dəqiqə sonra işıqlar söndürüldü.

Ziya SƏCCADBAKU.WS

Mənbə: baku.ws