Əfqanıstanda baş vermiş partlayışlarda 14 nəfər ölüb, 45 nəfər yaralanıb

Əfqanıstanda baş vermiş partlayışlarda 14 nəfər ölüb, 45 nəfər yaralanıb

Əfqanıstanda terror aktı törədilib, ölənlər var.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, terror aktı Əfqanıstanın mərkəzi vilayəti olan Bamiyanda baş verib.

Polisin verdiyi məlumata görə, Bamiyan şəhərinin mərkəzi bazarının yaxınlığında arda-arda iki partlayış baş verib, nəticədə 12 mülki şəxs və 2 yol polisi həlak olub, 45 nəfər isə yaralanıb.

Mənbə: apa.az