Doğduğu körpəsini tualetə atdı... DƏHŞƏT...- FOTO

Doğduğu körpəsini tualetə atdı... DƏHŞƏT...- FOTO

Ukraynada ayaqyolunda doğuş edən 35 yaşlı qadın dünyaya gətirdiyi uşağını ayaqyoluna atıb.

Moderator.az xəbər verir ki, Sumi bölgəsində baş verən hadisədə Hanna adlı qadın, evinin yaxınlığındakı səyyar ayaqyolunda doğuş edib. Ukrayalı polis əməkdaşları qadının dünyaya gətirdiyi körpəsini qəsdən tualet çuxuruna düşməsinə icazə verdiyini söyləyib.

Baş verən hadisənin şahidi "qansız ana" nın qonşusu olub. Hadisə yerinə gələn polislər qadını və uşağı xəstəxanaya aparıblar. Həkimlərin müdaxiləsinə baxmayaraq körpənin həyatını xilas etmək mümkün olmayıb.

Polis tərəfindən tutularaq həbs edilən qadın 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ilə bağlı cinayyət işi açılıb. Ukrayna polisi tərəfindən faktla bağlı araşdırma aparılır.

Mənbə: moderator.az