Füzulidə ağır qəza: Ölən var

Füzulidə ağır qəza: Ölən var

Füzuli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Əhmədbəyli kəndi ərazisində kənd sakini S.Əsgərovun idarə etdiyi “QAZel” və Horadiz şəhər sakini Elmir Ağayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə E.Ağayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Füzuli rayon polis şöbəsində araşdırma aparılır.

Mənbə: teleqraf.com