Merkelin iqamətgahına avtomobil çırpıldı - İclas təxirə düşdü

Bakı. Trend:

Almaniyanın paytaxtı Berlində kansler Angela Merkelin iqamətgahının darvazasına avtomobil çırpılıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Polis avtomobilin sürücüsünün axtarışlarını aparır.

Qeyd olunur ki, həmin şəxs koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan karantin tədbirlərinə etiraz olaraq bu addımı atıb.

Həmin iqamətgahda kansler A.Merkelin onlayn formatda iclas keçirməsi planlaşdırılırdı. İclasda koronavirusla mübarizə, karantin tədbirlərinin uzadılması müzakirə olunmalı idi.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Kəlbəcərin azad edilməsi hərb meydanında qazandığımız Böyük Qələbəmizin davamıdır - Pərvin Kərimzadə

SONRAKI XƏBƏR

Arxa cəbhənin qəhrəmanları: Orden və medallar kimlərə veriləcək?