İŞİD Kərkükdə insanları işıqsız qoydu

İŞİD Kərkükdə insanları işıqsız qoydu

Eastnews.org-un verdiyi xəbərə görə, İraqın Kərkük şəhərində İŞİD terrorçuları növbəti provakasiyanı həyata keçiriblər.

Bu barədə Kərkük Şəhəri Elektrik Şəbəkəsi Dövlət Şirkəti məlumat yayıb.

Məlumatda vurğulanır ki, İŞİD terrorçu qruplaşması yaraqlıları Kərkükdəki elektrik xəttinə hücum reallaşdırıblar.

Nəticədə Kərkük şəhərinin 14 saat işıqsız qaldığı rəsmi olaraq bəyan olunub.

Hazırda texniki işlərin davam etdiyi diqqətə çatdırılır.

Mənbə: eastnews.org