Afrikadan İspaniyaya nizamsız miqrasiya; 8 ölü

Afrikadan İspaniyaya nizamsız miqrasiya; 8 ölü

Eastnews.org-un verdiyi xəbərə görə, Afrikadan İspaniyaya nizamsız köç zamanı Kanar adalarından Lanzarotenin şimalında batan qayıqda olan 8 immiqrantın cəsədi tapılıb.

Lanzarote Təcili Yardım Qrupu rəsmilərinin mətbuata verdiyi açıqlamalara görə, dünən axşam saatlarında adanın şimalındakı Orzola sahili yaxınlığında 36 və ya 37 mühacir olan qayıq qayalıqlara çırpılaraq batıb.

Yardım qrupları 7-si uşaq olmaqla 28 immiqrantı xilas edib. İndiyə qədər 8 nəfərin cəsədinə tapılıb, eyni qayıqda olması ehtimal olunan başqa bir nəfər isə axtarılır.

Polisə verdiyi ilk açıqlamada immiqrantlar 3 gün əvvəl Fasın Aqadir sahillərindən yola çıxdıqlarını söyləyiblər.

Axtarış zamanı ispaniyalı xilasedicilər yenə Fasdan yola çıxdığı deyilən 19 nizamsız imiqrant olan başqa bir gəmiyə də kömək edərək sahilə gətirib.

Eyni ərzidə İspaniyanın Mülki Qvardiyasının dənizdə xilasetmə xidməti tərəfindən dənizdə aşkar edilən 300-dən artıq miqrant da xilas edilmişdi.

 

Mənbə: eastnews.org